“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək Gün ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək
Energetika
28 Dekabr , 2016 17:30
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramlarıı münasibəti ilə dekabrın 31-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində işləyəcək. 

"Azəriqaz"dan "Report"a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə İstehsalat Birliyi tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, gün ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

"Bütün təbii qaz istehlakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edirik", - deyə “Azəriqaz”ın məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi