Yuxarı

Azərbaycanda ​bu il istehlakçıların qaza olan borcu 7% azalıb

Azərbaycanda 266 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 041 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5 201-i Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunun, 1 840-ı isə regionların payına düşüb.

Cari ilin noyabrında əhali sektoru üzrə 277,386 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 96,3% vəsait toplanıb. Bu ilin yanvar-noyabr ayları ərzində isə əhali sektoru üzrə 103,5% vəsait toplanıb. Nəticədə, bu ilin 11 ayında qaza olan borc 6,8% azalıb.

“Azəriqaz”dan "Report"a bildirilib ki, 1 dekabr 2014-cü il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 120 009 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, qeyri-əhali sektoru üzrə 266 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi