Yuxarı

“Azəriqaz” abunəçilərə yeni smart kartlar təqdim edib

​“Azəriqaz” abunəçilərə yeni smart kartlar təqdim edib
© Report.az

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ötən həftənin şənbə və bazar günləri, saat 09:00-dan 18:00-a qədər gücləndirilmiş iş rejimində çalışıb.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, “Azəriqaz”ın paytaxtın Babək prospektində yerləşən Bakı Regional Qaz Satışı Departamentində, eləcə də Mərdəkan, Maştağa və Xırdalan qəsəbələrindəki xidmət sahələrində gün ərzində qüsursuz xidmət göstərilib. Kütləvi şəkildə həyata keçirilən sayğac dəyişikliyi ilə bağlı abunəçilərə yeni smart kartlar təqdim olunub.

“Azəriqaz” Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar “ASAN xidmət” avtobuslarının və “ASAN qatar”ın hərəkət cədvəlinə uyğun olaraq, xidmət göstərməkdə də davam edir. İstehsalat Birliyinin mütəxəssisləri Səyyar “ASAN qatar”la Lənkəranda, səyyar “ASAN xidmət” avtobusları ilə Oğuzda, Biləsuvarda, Salyanda, Mərdəkanda, Gədəbəydə, Qusarda, Lerikdə, Tərtərdə və Şamaxıda bu ayın sonuna qədər vətəndaşların problemlərinin həllinə yardımçı olacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi