"​Azəriqaz"a bu il qazdan qanunsuz istifadəyə görə 556 min manat ziyan dəyib

"​Azəriqaz"a bu il qazdan qanunsuz istifadəyə görə 556 min manat ziyan dəyib Təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısı alınır
Energetika
23 Noyabr , 2015 13:40
​Azəriqaza bu il qazdan qanunsuz istifadəyə görə 556 min manat ziyan dəyib

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki,  Birlik tərəfindən cari ilin yanvar-oktyabr aylarında təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı ölkə üzrə 2 165 əhali, 37 qeyri-əhali abonentinin qaz təsərrüfatına dair “qüsur aktı” tərtib olunub.

Tərtib olunmuş müvafiq aktlar əsasında itirilmiş təbii qaza görə dəymiş ziyan 555,5 min manat dəyərində hesablanıb.

Qeyd olunub ki, “Azəriqaz” İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına və dəymiş ziyanın ödənilməsinə yönəlmiş tədbirlər mütəmadi olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi