“Azəriqaz” “104 Operativ Xidmət”inin imkanlarını genişləndirib, işçi sayı artırılıb

“Azəriqaz” “104 Operativ Xidmət”inin imkanlarını genişləndirib, işçi sayı artırılıb “Azəriqaz” “104 Operativ Xidmət”inin imkanlarını genişləndirib, işçi sayı artırılıb
Energetika
21 İyul , 2020 17:05
“Azəriqaz” “104 Operativ Xidmət”inin imkanlarını genişləndirib, işçi sayı artırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsi bu ilin 6 ayı ərzində 574 697 müraciət qəbul edib.

“Report”un məlumatına görə, bu barədə qurumun 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatında bildirilir. 

Məlumata görə, müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib, işçi sayı 9 nəfər artırılıb.

“104 Operativ Xidmət”in fəaliyyətini dəyərləndirmək üçün cari ilin iyun ayı ərzində sosial şəbəkədə aparılmış anket-sorğunun nəticəsinə əsasən respondentlərin müxtəlif suallar ətrafında xidmətdən razılığı 82-91% arasında dəyişib.

“Asan Kommunal”, “Asan xidmət” və “KOB Evi” mərkəzləri vasitəsilə 6 ayda 121 733 müştəri müraciətinə baxılıb.

Son xəbərlər

Orphus sistemi