"Azeri LT CIF" markalı xam neft bahalaşıb

"Azeri LT CIF" markalı xam neft bahalaşıb Azərbaycan neftinin qiyməti 65,35 dollar/barelə bərabərdir
Energetika
21 May , 2015 09:37
Azeri LT CIF markalı xam neft bahalaşıb

Bakı. 21 may. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,12 dollar yaxud 0,18% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,35 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 65,23 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi