​"Azeri LT CIF" markalı neft ucuzlaşmaqda davam edir

​"Azeri LT CIF" markalı neft ucuzlaşmaqda davam edir Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,65 dollara bərabərdir
Energetika
22 Oktyabr , 2015 09:45
​Azeri LT CIF markalı neft ucuzlaşmaqda davam edir

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,32 dollar yaxud 0,64% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,65 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi