"Azəri-Çıraq-Günəşli" blokunda hasilat azalıb

"Azəri-Çıraq-Günəşli" blokunda hasilat azalıb AÇG layihəsinə əməliyyat məsrəfləri 30% artıb
Energetika
19 Fevral , 2015 17:13
Azəri-Çıraq-Günəşli blokunda hasilat azalıb

Bakı. 19 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda isitismar olunan "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq" platformalarından 2014-cü ildə ümumilikdə gündəlik orta hesabla 638 min barel və ya illik 233 mln. barel (31,5 mln. ton) neft hasil olunub.

"Report"un BP-nin Bakı ofisinə istinadən verdiyi xəbərə görə, AÇG-dən hasilat 2013-cü illə müqayisədə 2%-dən çox azalıb. Belə ki, 2013-cü ildə "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" və "Dərinsulu Günəşli" platformalarından birlikdə gündə orta hesabla 655,37 min barel (illik 239 mln. barel və ya 32,2 mln. ton) neft hasil edilib.

Qeyd edək ki, 2014-cü ildə Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olunub. "Qərbi Çıraq" platforması yanvarın 28-də öncə qazılmış quyuların birindən hasilata başlayıb. O vaxtdan etibarən bu platformadan hasilat artaraq 6 quyudan indiki həddinə – gündə təqribən 90 min bareldən artıq səviyyəyə çatıb. İlin sonunda  AÇG-də 84 neft hasilat və 39 qaz və su injektor quyuları istismarda olub.

Hesabat ilində AÇG layihəsinə təqribən 1 mlrd. dollar əməliyyat məsrəfləri və 2,3 mlrd. dollar əsaslı məsrəflər xərclənib. Bu da öz növbəsində 2013-cü illə müqayisədə 29,5% artım və 18,8% azalma deməkdir. 

Xatırladaq ki, AÇG-də BP (operator – 35,8%), ARDNŞ (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7%) şirkətləri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi