“
Qurumdan "Report"a verilən məlumata görə, məlumatda iyunun 29-da saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verdiyi qeyd olunub.
"Lakin son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb. Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb. Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb", - deyə məlumatda vurğulanıb.
*** 13:05
“Bu gün "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”.
Bunu “Report”a “
T.Abdullayevin sözlərinə görə, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, stansiyada xırda texniki hadisə olub: "Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb və problem aradan qaldırılıb”.
Xatırladaq ki, 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə “Azərbaycan” İES-in transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemi çökmüşdü. Amma bu dəfə əks-qəza avtomatikasının işə düşməsi nəticəsində heç bir qəza baş verməyib.
Qeyd edək kii, bu gün bir sıra kütləvi informasiya vasitələrində Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında yanğın baş verməsi ilə bağlı məlumatlar yayılıb.