“Azərenenerji” ötən gecə baş vermiş qəza ilə bağlı açıqlama verib

“Azərenenerji” ötən gecə baş vermiş qəza ilə bağlı açıqlama verib Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 20-i saat saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib. Bunu “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Energetika
21 İyul , 2018 10:58
“Azərenenerji” ötən gecə baş vermiş qəza ilə bağlı açıqlama verib
“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı / Report/ Firi Salim

Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 20-i saat saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib. Bunu “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. 

“Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb. Eyni zamanda bildiririk ki, Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir", - o bildirib.

Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.

Son xəbərlər

Orphus sistemi