Azərbaycanla Qətər arasında energetika sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanla Qətər arasında energetika sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Energetika
15 Oktyabr , 2018 16:16
Azərbaycanla Qətər arasında energetika sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin energetika və sənaye naziri Məhəmməd bin Saleh Al-Sada ilə görüşüb.

Səfirlikdən “Report”a verilən məlumata görə, görüş zamanı energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarına toxunulub.

Bildirilib ki, hər iki ölkə energetika islahatlarının həyata keçirilməsi prosesindədir və bununla da yaxşı təcrübə mübadiləsi apara bilər. Səfir həmçinin Qətərin qabaqcıl investisiya şirkətlərindən biri olan “Nebras Power” şirkətinin rəhbərliyinin Azərbaycana səfəri və uğurlu görüşlərindən bəhs edərək enerji sahəsində iki ölkə arasında əlaqələrin inkişafı üçün birgə səylərin göstərilməsinin əhəmiyyətini vurğulayıb. Nazir Məhəmməd bin Saleh Al-Sada ölkəsində energetika sahəsinin əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Qətər və Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığı məhsuldar və perspektivli hesab edərək energetika sahəsinin inkişafına, həmçinin ikitərəfli münasibətlərə töhfə vermək məqsədilə əməkdaşlığın gələcəkdə də genişləndirilməsinə dair istəklərini ifadə ediblər.