Azərbaycan yarım ildə Türkiyəyə 240 min tondan artıq neft satıb
- 19 iyul, 2024
- 06:54
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 240 min 128,12 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 133 milyon 862,25 min ABŞ dolları təşkil edib.
Bu ilin ilk yarım ilində ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 4 dəfə, dəyəri isə 4,1 dəfə azdır.
Bu ilin ilk yarım ilində Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,17 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyon 098 min 802 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 7 milyard 012 milyon 104 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.