Azərbaycanın xaricə satdığı neftin 39 %-i İtaliyaya tədarük edilib

Energetika
  • 18 oktyabr, 2022
  • 10:33
Azərbaycanın xaricə satdığı neftin 39 %-i İtaliyaya tədarük edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya 7 milyon 558 min 31,6 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 5 milyard 674 milyon 36,8 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin 9 ayı ilə müqayisədə 20,8 % az, dəyəri isə 31,2 % çoxdur.

Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 38,73 % olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 514 min 162,77 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 14 milyard 897 milyon 429,93 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti