Azərbaycanın xam neft ixracından gəliri 65% artıb

Azərbaycanın xam neft ixracından gəliri 65% artıb Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan 2017-ci il ərzində 27 227 902 ton həcmində xam neft ixrac edib.
Energetika
15 Yanvar , 2018 11:52
Azərbaycanın xam neft ixracından gəliri 65% artıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan 2017-ci il ərzində 27 227 902 ton həcmində xam neft ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 10 706,817 mln. ABŞ dolları təşkil edib.

Ötən il ixrac olunan xam neftin miqdarı əvvəlki ildən 30%, dəyəri isə 65% çoxdur.

Hesabat ilində xam neft Azərbaycanın ümumi ixracının 77,52%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi