Azərbaycanın Türkiyəyə satdığı neftin həcmi açıqlanıb

Energetika
  • 17 may, 2024
  • 09:19
Azərbaycanın Türkiyəyə satdığı neftin həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 164 min 158,8 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 89 milyon 834,15 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə, dəyəri isə 3,9 dəfə azalıb.

Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,37 % olub.

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 364 milyon 589,72 min ABŞ dolları dəyərində 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % az, idxal isə 3,1 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti