Azərbaycanın İsrailə satdığı neft 2 dəfədən çox bahalaşıb
- 17 avqust, 2022
- 13:37
Bu ilin yanvar-iyul aylarında Azərbaycan İsrailə 1,45 milyon ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 1 milyard 21,4 milyon ABŞ dolları təşkil edib.
7 aylıq ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 49,1 %, dəyəri isə 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilmiş xam neftin ümumi neft ixracında payı 8,8 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 16 milyon 414 min 905 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.Bu miqdarda məhsulun dəyəri 12 milyard 397 milyon 710 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon ABŞ dolları ixracın, 7 milyard 494 milyon ABŞ dolları isə idxalın payına düşüb.