Yuxarı

Azərbaycanın Gürcüstanın yanacaq idxalındakı payı azalıb

​Azərbaycanın Gürcüstanın yanacaq idxalındakı payı azalıb

Gürcüstan ötən il Azərbaycandan 170,2 min ton yanacaq idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

Hesabat ilində qonşu ölkənin tədarük etdiyi yanacağın 15,5%-i Azərbaycanın payına düşüb.

İllik müqayisədə Gürcüstan Azərbaycandan aldığı yanacağın həcmini 4,3 min ton və ya ya 2,46% azaldıb. 2018-ci ildə Azərbaycan qonşu ölkənin yanacaq idxalının 31,3%-ni təmin edib.

2019-cu ildə Gürcüstanın tədarük etdiyi benzin və dizelin ümumi həcmi 1 096 min ton təşkil edib ki, bu da illik müqayisədə 2,9 min ton və yaxud 0,26% azdır. Benzinin həcmi 544,3 min ton, dizelin həcmi isə 551,7 min tona bərabər olub.

Ötən il Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya (329,9 min ton) olub. Rusiyanın qonşu ölkənin ümumi yanacaq idxalındakı payı 30,1% təşkil edib. Gürcüstan həmçinin Rumıniya (300 min ton), Türkmənistan (119,4 min ton), Bolqarıstan (92,4 min ton), Yunanıstan (60,7 min ton), Türkiyə (19,8 min ton) və digər ölkələrdən də yanacaq tədarük edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi