Azərbaycanın uzunmüddətli enerji strategiyası hazırlanır

Azərbaycanın uzunmüddətli enerji strategiyası hazırlanır “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələri də hazırlanmaqdadır
Energetika
20 Oktyabr , 2020 14:22
Azərbaycanın uzunmüddətli enerji strategiyası hazırlanır

“Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanması da davam etdirilir.

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.

Onun sözlərinə görə, ilk dəfə olaraq hazırlanan və 2050-ci ilə qədər olan dövrü əhatə edən strategiya sənədində elektroenergetika, qaz təchizatı, istilik təchizatı, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, aşağı karbon tutumlu nəqliyyat kimi sahələr əks olunmuş və müxtəlif ssenarilər üzrə energetika sektorunun strateji inkişaf istiqamətlərinin təhlili aparılıb.

Nazir bildirib ki, qanunvericilik bazasının formalaşdırılması çərçivəsində “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələri də hazırlanmaqdadır.

Son xəbərlər

Orphus sistemi