Bakıda “OPEC plus” ölkələri Nazirlərinin birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri
“Report” xəbər verir ki, energetika naziri “OPEC plus” ölkələrinin iclasında iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə təşəkkürünü bildirib. Nazir bu əməkdaşlıq formatını neft qiymətlərinin sabitləşməsi və bazarda balansın qorunmasında səmərəli və çevik mexanizm kimi qiymətləndirib. Neft sənayesində bir çox ilklərin məkanı kimi Azərbaycanın neft bazarının tənzimlənməsi prosesində iştirakından və “OPEC plus” ölkələrinin tədbirinə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Pərviz Şahbazov eyni zamanda “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Səudiyyə Ərəbistanın səylərini və ümumi məqsəd naminə fəaliyyətini yüksək qiymətləndirib.
Xalid Əbdüləziz Əl Falih Prezident
Görüşdə 2019-cu ildə neftə qlobal tələbat və OPEC ölkələrində gözlənilən hasilat, fevral ayı üzrə öhdəliklərin icra vəziyyəti, eləcə də qlobal iqtisadiyyatın inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı həmçinin iki ölkə arasında enerji sahəsində yeni əməkdaşlıq əlaqələri, “Saudi Aramco” şirkətinin fəaliyyəti və digər məsələlər də müzakirə edilib.