Azərbaycanın 9 ayda magistral qaz kəmərlərindən əldə etdiyi gəliri açıqlanıb

Energetika
  • 27 noyabr, 2024
  • 09:32
Azərbaycanın 9 ayda magistral qaz kəmərlərindən əldə etdiyi gəliri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (SCP) fəaliyyətindən 1 milyard 999,005 milyon manat gəlir əldə edilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.

Bu ilin 9 ayında magistral qaz kəmərləri şəbəkəsində itkilər 41,6 % azalaraq 29,6 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, yanvar-sentyabr aylarında magistral qaz kəmərləri ilə 29 milyard 571,3 milyon kubmetr qaz (0,5 % çox) nəql edilib. Nəql olunan ümumi həcmin 56,8 %-i SCP-nin payına düşüb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən SCP-nin fəaliyyətindən 2 milyard 516 milyon 082,5 min manat gəlir (8,1 % çox) əldə edilib. Ötən ilin sonuna şəbəkədə itkilər 18,2 % artaraq 59,8 milyon kubmetr təşkil edib.

44 filmi