Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-dən 15-nə qədər 5 gün müddətində Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, fasilə Azərbaycanın Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi zəruriyyəti ilə əlaqədar yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.