Azərbaycanın 3 rayonunda qaz təchizatı dayandırılıb
Energetika
- 07 avqust, 2019
- 05:47
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.
Şirkətin “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bundan başqa, bu gün saat 09:00-dan sabah işlər başa çatana qədər “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərinin və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub.
Son xəbərlər
11:58
Foto
"PAŞA Real Estate Qrup" və "Marriott International" Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzalayıb
Biznes11:56
ASCO-nun mənfəəti 38 dəfə artıb
Maliyyə11:55
DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
Elm və təhsil11:48
Qərb mediasında Azərbaycan haqqında məqsədli olaraq mənfi təsəvvür yaratmaq cəhdi var – RƏY
Media11:48
Aİ səfiri: Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir
Xarici siyasət11:44
Fərid Şəfiyev: Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır
Region11:39
Dennis Sammut: Cənubi Qafqazdakı dəyişikliklər Avropa üçün də yeni dövr açır
Region11:38
Bakıda beynəlxalq turnirdə iştirak edəcək "Elit polo club" komandasının açıq məşqi keçirilib
Komanda11:32