Azərbaycandan Çexiyaya neft ixracı azalıb
- 19 aprel, 2024
- 12:43
Bu ilin yanvar-mart aylarında Azərbaycan Çexiyaya 170 min 345,68 ton xam neft ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 98 milyon 132,27 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, dəyəri isə 2,7 dəfə azalıb.
Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,04 % olub.
Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 490 milyon 147,94 min ABŞ dolları dəyərində 5 milyon 600 min 505,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.