Yuxarı

​Azərbaycandan bu il 1,6 mlrd. kubmetr qaz ixrac edilib

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır

Bakı. 21 mart. REPORT.AZ/ Cari ilin ilk iki ayı ərzində sayğac göstəricilərinə əsasən Azərbaycandan 1,6 mlrd. kubmetr təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,07% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə təbii qaz ixracının həcmi illik 57,18% azalaraq 238,4 mln. kubmetr təşkil edib.

Məlumata əsasən, yanvar-fevral aylarında həyata keçirilən qaz ixracı 33,6 mln. dollar dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 69,06% azdır. Bildirək ki, təbii qaz ixracı ölkənin məcmu ixracının 1,44%-ni əhatə edib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın cəmi xarici ticarət dövriyyəsinin həcmi 4,042 mlrd. dollar təşkil edib. Bunun da 1,707 mlrd. dolları idxal, 2,335 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi