Bakı. 26 noyabr. REPORT.AZ/ “
Bu barədə “Report”a “SOCAR Petroleum”dan bildirilib.
Qeyd edilib ki, bu məqsədlə yaradılmış xüsusi servis mərkəzində avtomobillərə İtaliya istehsalı olan 3 növdə təhlükəsiz STQ qurğularının və balonlarının quraşdırılması nəzərdə tutulur. Quraşdırma işləri İtaliyadan olan mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Qeyd olunan balonlar İtaliyanın “Autogas İtalia” şirkəti tərəfindən istehsal olunub və divar qalınlığı 8 mm-dir. Balonlar İtaliyada tökmə üsulu ilə istehsal olunduğundan səthi birləşmələri yoxdur, divarları bütövdür. Həcmləri müxtəlif ölçüdə - 14, 19 və 22,5 kub təşkil edir.
Beynəlxalq, həmçinin mənşə sertifikatlarına və keçirilmiş sınaqların nəticələrinin protokollarına malik olan avadanlığı quraşdırmaq üçün əsas şərt avtomobilin injektor mühərrikli olması və benzinlə işləməsidir. Bununla da avtomobil səhərlər işə salınanda benzinlə işə düşür, istilik bəlli temperatura çatdıqda, avtomatik STQ-ya keçir. Həmçinin quraşdırılmış düymə vasitəsi ilə avtomobilin yanacaq ehtiyacını istər STQ-yə, istərsə də benzinə yönəltmək mümkündür.
Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq STQ neft deyil, təbii qaz əsasında istehsal olunur. Bununla da təhlükəsiz və ekoloji baxımından təmiz olan STQ yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, oktan ədədi 124 və daha çox olan STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı benzinlə işləyənlərə nisbətən iki dəfədən çox, mayeləşdirilmiş neft qazı (LPG) ilə müqayisədə isə 30-40% daha az yanacaq sərf edir.
STQ ilə işləyən avtomobillərin digər üstünlüyü isə onların digərləri ilə müqayisədə mühərrik yağlarının daha gec, hər 35-40 min kilometrdən bir dəyişməyə ehtiyac yaranmasıdır.
Lakin bütün bunlarla bərabər, ən əsas göstərici təhlükəsizliklə bağlıdır. Bu mənada STQ ən ideal yanacaq növü hesab olunur. Belə ki, benzinin alışma temperaturu 300 dərəcə, LPG-nin isə 400 dərəcədirsə, STQ-də bu göstərici 650 dərəcədir. Eyni zamanda STQ təbii qaz əsaslı olduğundan daha yüngüldür və bu baxımdan, qəza və ya sızma hallarında digər yanacaq növlərində olduğu kimi bir yerdə toplanaraq partlama, yanma ilə nəticələnmir, dərhal havaya qarışır. Odur ki, STQ ən təhlükəsiz yanacaq növü hesab edilir. Hazırda dünyada 26,2 mln. avtomobil STQ ilə işləyir. Region ölkələri içərisində STQ ilə işləyən ən çox avtomobil İrandadır.