2024-cü ildə Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 24 milyard 543,2 milyon kVt/saat, su elektrik stansiyalarında (SES) 3 milyard 11,0 milyon kVt/saat, digər mənbələrdən isə 839,9 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2023-cü ilə nisbətən “Yaşıl enerji” mənbələrindən istehsal 1 milyard 728,7 milyon kVt/saat artaraq 3 milyard 850,9 milyon kVt/saat təşkil edib.
"Yaşıl enerji" istehsalın külək elektrik stansiyalarında (KES) 51,1 milyon kVt/saat, günəş elektrik stansiyalarında (GES) 556,3 milyon kVt/saat, "Təmiz Şəhər" ASC-yə məxsus Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kVt/saat olub.
“Azərenerji” ASC üzrə istehsal 25 milyard 138,6 milyon kVt·st təşkil edib ki, bundan da 22 milyard 322,9 milyon kVt/saat İES-lərdə, 2 milyard 815,7 milyon kVt/saat isə SES-lərdə istehsal olunub. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə istehsal isə 490,4 milyon kVt/saat təşkil edib ki, bundan 253,4 milyon kVt/saat İES-lərdə, 176,2 milyon kVt/saat SES-lərdə, 60,8 milyon kVt/saat isə GES-lərdə olub. “Azərişıq” ASC-nin KES-lərində 38,5 milyon kVt/saat, müstəqil elektrik stansiyalarında isə 2 milyard 726,6 milyon kVt/saat enerji istehsal edib.
2024-cü ildə Azərbaycanda operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 28 milyard 394,1 milyon kVt/saat, ixracı 1 milyard 397,5 milyon kVt/saat, idxalı isə 170,5 milyon kVt/saat olub.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"2023-cü illə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 247,8 milyon kVt/saat, günəş elektrik stansiyalarında isə 476,9 milyon kVt/saat artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 14 % olub", - deyə o qeyd edib.