Bakı. 19 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 23,2 mlrd. kubmetr təşkil edib.
“Report”un
Belə ki, ötən il qaz hasilatının həcmi 19,14 mlrd. kubmetr, ilin əvvəlinə formalaşmış ehtiyatın həcmi 2,274 mlrd. kubmetr, idxalın həcmi isə 1,786 mlrd. kubmetr olub.
Ehtiyatların 45,1%-i və yaxud 10,463 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.
Ötən il ümumi ehtiyatın 42,5%-i, yaxud 9,86 mlrd. kubmetri ixraca yönəldilib.
2018-ci ildə 2,5%, yaxud da 0,58 mln. kubmetr itki olub, 9,9% və ya 2,297 mlrd. kubmetr 2019-cu ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.