Azərbaycanda neft hasilatı 2%-dən çox artıb

Azərbaycanda neft hasilatı 2%-dən çox artıb Bakı. 17 aprel. REPORT.AZ/ 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda xam neft hasilatı 9,7 mln. ton, əmtəəlik təbii qaz hasilatı 4,4 mlrd. kub metr təşkil edib.
Energetika
17 Aprel , 2018 15:52
Azərbaycanda neft hasilatı 2%-dən çox artıb

Bakı. 17 aprel. REPORT.AZ/ 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda xam neft hasilatı 9,7 mln. ton, əmtəəlik təbii qaz hasilatı 4,4 mlrd. kub metr təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft hasilatında 2,2% artım, qaz hasilatında isə 5,8 % azalma qeydə alınıb.

Ümumiyyətlə, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,2 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,8% artıb.

Son xəbərlər

Orphus sistemi