2020-ci ilin 6 ayında Azərbaycanda 3 milyon ton həcmində neft emal olunub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.
Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton azalıb.
Qeyd edək ki, Azərbaycanda neft emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.