Azərbaycanda külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

Azərbaycanda külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb İlin əvvəllindən 8 mln. kVt/saat külək, 19,3 mln. kVt/saat günəş elektrik enerjisi istehsal edib
Energetika
4 Avqust , 2017 11:40
Azərbaycanda külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb
Report

Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyaları 8 mln. kVt/saat elektrik enerjisi istehsal edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır. 

Bu müddətdə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 19,3 mln. kVt/saat təşkil edib ki, bu da illik müqayisədə 18,9% azdır.

Son 1 ildə ölkədə istilik elektrik stansiyalarının istehsalı illik müqayisədə 3% artaraq 9 648,3 mln. kVt/saat, su elektrik stansiyalarının istehsalı isə 1,4% azalaraq 1 055,1 mln. kVt/saat təşkil edib.

7 ay ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı illik 2,2% artaraq 11 199,6 mln. kVt/saat olub. 

Son xəbərlər

Orphus sistemi