Yuxarı

Azərbaycanda külək enerjisinin istehsalı azalıb

Ümumilikdə, ölkə üzrə elektrik enerjisi istehsalı yanvarda 10% azalıb

Bakı. 25 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayı ərzində Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında enerji istehsalı illik müqayisədə 44,4% azalaraq 0,5 mln. kVt/saat təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ay ölkədə günəş enerjisi istehsalı isə 0,4 mln. kVt/saat olub.

Yanvar ayında ümumilikdə ölkə üzrə elektrik enerjisi istehsalı illik müqayisədə 10% azalaraq 2 073,6 mln. kVt/saat təşkil edib. Bunun 1 982,1 mln. kVt/saatı əmtəəlik enerjinin payına düşüb.

Hesabat ayında su elektrik stansiyalarının istehsalı illik 10,8% artaraq 93,5 mln. kVt/saat, istilik elektrik stansiyalarının istehsalı isə 10,7% azalaraq 1 887,7 mln. kVt/saat təşkil edib.

Qeyd edək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ay ərzində 172,0 mln. manat həcmində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu sahədə əvvəlki ilin yanvar ayı ilə müqayisədə 8,7% azalma müşahidə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi