Azərbaycanda külək enerjisi istehsalı 8 dəfə artıb

Azərbaycanda külək enerjisi istehsalı 8 dəfə artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 178,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib
Energetika
18 Mart , 2019 13:42
Azərbaycanda külək enerjisi istehsalı 8 dəfə artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 368,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 12,1% artaraq 49,4 mln. manat təşkil edib.

Ötən iki ay ərzində Azərbaycanda 4 178,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.

Bunun 181,6 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 1,8% azdır.

Bunun 3 829,2 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 18,7 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 7,8 dəfə çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 5,1 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 15,9% çoxdur.

Son xəbərlər

Orphus sistemi