Azərbaycanda iki ayda 210 min ton avtomobil benzini istehsal edilib

Azərbaycanda iki ayda 210 min ton avtomobil benzini istehsal edilib Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 433,3 mln. manat təşkil edib.
Energetika
16 Mart , 2018 14:47
Azərbaycanda iki ayda 210 min ton avtomobil benzini istehsal edilib

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 433,3 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,9% az olub.

Hesabat dövründə ölkədə 209,6 min ton avtomobil benzini istehsal edilib. Bu ilin iki ayında avtomobil benzininin istesalı 0,2% azalıb. Bu il martın 1-i tarixinə ölkədə 90,9 min ton avtomobil benzini ehtiyatı olub.

Yanvar-fevral ayları ərzində ölkədə 41,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 328,3 min ton dizel yanacağı, 44 min ton neft bitumu, 40,5 min ton neft koksu istehsal olunub. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 21%, dizel yanacağının istehsalında 3,8%, neft bitumunun istehsalında 4,5%, neft koksunun istehsalında 43,6% artım müşahidə olunub.

Yanvar-fevral aylarında 88,7 min ton ağ neft, 12,4 min ton yanacaq mazutu, 2,5 min ton sürtkü yağları istehsal olunub.

Neft məhsullarından ağ neftin istehsalı 15,7%, yanacaq mazutunun istehsalı 91,4%, sürtkü yağlarının istehsalı 16,7% azalıb. 

Son xəbərlər

Orphus sistemi