Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunub
Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu ilin I rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 milyard 129,3 milyon kVt/saat, ixracı 360,3 milyon kVt/saat, idxalı isə 44,3 milyon kVt/saat olub.
Bu ilin I rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 milyard 129,3milyon kVt/saat, ixracı 360,3milyon kVt/saat, idxalı isə 44,3 milyon kVt/saat olub.
“Report”xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə istilik elektrik stansiyalarının hesabına 6 milyard 519,2 milyon kVt/saat, su daxil olmaqla bərpa olunan enerji mənbələrinin hesabına 241,5milyon kVt/saat artımla 610,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu ilin I rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7129,3 mln. kVt·st, #ixrac 360,3 mln. kVt·st, #idxal 44,3 mln. kVt·st olub. pic.twitter.com/MdM7gPl48h
Yanvar-mart aylarında İES-lər üzrə 6519,2 mln. kVt·st, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 241,5 mln. kVt·st artımla 610,1 mln. kVt·st elektrik enerjisi #istehsal edilib. pic.twitter.com/fnB4YaOMxI