Azərbaycanda günəş enerjisinin istehsalı 9%-dək artıb

Azərbaycanda günəş enerjisinin istehsalı 9%-dək artıb İstilik elektrik stansiyalarının istehsalı il ərzində 7,7% artıb, küləklə işləyən stansiyaların enerji istehsalı isə 14,7% azalıb.
Energetika
16 Oktyabr , 2020 14:09
Azərbaycanda günəş enerjisinin istehsalı 9%-dək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 mlrd 454,9 mln manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7%-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,8% azalaraq 240 mln manat təşkil edib.

Ötən doqquz ay ərzində Azərbaycanda 18 mlrd 968,9 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 4,4% çoxdur.

Bunun 874,4 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 22,2% azdır.

Bunun 17 mlrd 375,5 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin doqquz ayının göstəriciləri ilə müqayisədə 7,7% çoxdur.

Hesabat dövründə Azərbaycanda 73,2 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin 9 ayının göstəriciləri ilə müqayisədə 14,7% azdır.

Yanvar-sentyabr aylarında ölkədə 37 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 8,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi