Azərbaycanda əmtəəlik qaz hasilatı 8%-dən çox artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 8%-dən çox artıb Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 26,104 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib
Energetika
240
16 Oktyabr , 2020 12:00
Azərbaycanda əmtəəlik qaz hasilatı 8%-dən çox artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 26,104 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 26,001 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 7,5% (əmtəəlik 7,6%) az olub.

Bu ilin 9 ayında ölkədə 27,31 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 19,379 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin 9 ayında təbii qaz hasilatı illik müqayisədə 5,1%, əmtəəlik qaz hasilatı isə 8,3% artıb.

Son xəbərlər

Orphus sistemi