Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 31 216,2 min ton xam neft hasil edilib.
“Report”un
Xam neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% azalıb.
Hesabat dövründə ölkədə 28 952,3 mln. kubmetr təbii qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövründən 15,9% çoxdur. Hesabat dövründə hasil edilən təbii qazın 19 925,2 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 27,8% çoxdur.