Azərbaycanda əmtəəlik qaz hasilatı 17% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 17% artıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda əmtəəlik xam neft hasilatı 12,4 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 9,4 milyard kubmetr təşkil edib.
Energetika
21 May , 2020 15:49
Azərbaycanda əmtəəlik qaz hasilatı 17% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda əmtəəlik xam neft hasilatı 12,4 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 9,4 milyard kubmetr təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əmtəəlik neft hasilatı 0,2% azalıb, əmtəəlik qaz hasilatı isə 17,1% artıb.

Qeyd edək ki, Azərbaycanda hesabat dövründə ümumilikdə 13,4 mlrd. kubmetr qaz (15% çox), 12,45 mln. ton neft (0,1% çox) hasil edilib.

Son xəbərlər

Orphus sistemi