Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb

Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb Bu ilin noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 2 120,6 milyon kVt/saat, ixrac həcmi 89,1 milyon kVt/saat, idxal həcmi isə 10,6 milyon kVt/saat olub.
Energetika
16 Dekabr , 2020 11:40
Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb

Bu ilin noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 2 120,6 milyon kVt/saat, ixrac həcmi 89,1 milyon kVt/saat, idxal həcmi isə 10,6 milyon kVt/saat olub.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə noyabr ayında ölkədə elektrik enerjisinin istehsal həcmi 59,3 milyon kVt/saat, ixrac həcmi 45,6 milyon kVt/saat azalıb, idxal həcmi isə 3 milyon kVt/s artıb.

2020-ci ilin yanvar-noyabr aylarında isə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi illik müqayisədə 197,7 milyon kVt/saat azalaraq 23 421,9 milyon kVt/saat olub. O cümlədən istehsal həcmi İES-lərdə 273,8 milyon kVt/saat artaraq 22 092,3 milyon kVt/saat, SES-lərdə 470,8 milyon kVt/s azalaraq 1 013,3 milyon kVt/saat, digər mənbələrdə (KES, GES və BMTYZ) isə 0,8 milyon kVt/s azalaraq 316,3 milyon kVt/saat olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 88,8 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında 45,1 milyon kVt/saat, İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 182,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Yanvar-noyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20 878,2 milyon kVt/saat (İES-lərdə 20 036,5 milyon kVt/saat, SES-lərdə 841,7 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 397 milyon kVt/saat (İES-lərdə 205,7 milyon kVt/saat, SES-lərdə 152 milyon kVt/saat, Günəş ES-də 39,4 milyon kVt/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 2 077,5 milyon kVt/saat, “Azərişıq” ASC üzrə Külək Elektrik Stansiyalarında isə 69,2 milyon kVt/saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixrac həcmi 990,2 milyon kVt/s olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 254,8 milyon kVt/saat, idxal həcmi isə 125,6 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 2,8 milyon kVt/saat azalıb.

Son xəbərlər

Orphus sistemi