Azərbaycanda benzin və dizel yanacağının istehsalı azalıb

Azərbaycanda benzin və dizel yanacağının istehsalı azalıb Sürtkü yağlarının və neft bitumunun istehsalı isə artıb
Energetika
502
16 Oktyabr , 2020 12:25
Azərbaycanda benzin və dizel yanacağının istehsalı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,257 mlrd manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,5% azdır.

Hesabat dövründə 852,1 min ton həcmində avtomobil benzini, 1,542 mln ton dizel yanacağı, 19 min ton sürtkü yağları, 251,9 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 6,9%, dizel yanacağı istehsalı 5,7% azalıb, sürtkü yağlarının istehsalı 10,5%, neft bitumunun istehsalı 36,2% artıb.

İlin 9 ayında ölkədə 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 356,8 min ton ağ neft, 42,4 min ton yanacaq mazutu, 147,6 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 20%, ağ neftin istehsalı 2,5%, yanacaq mazutunun istehsalı 55,4%, neft koksunun istehsalı 21,9% azalıb.

Son xəbərlər

Orphus sistemi