Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb

Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,822 mlrd manat təşkil edib
Energetika
473
14 Avqust , 2020 18:13
Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,822 mlrd manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9% azdır.

Hesabat dövründə 715,9 min ton həcmində avtomobil benzini, 1,304 mln ton dizel yanacağı, 14,7 min ton sürtkü yağları, 172,4 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 0,3%, dizel yanacağı istehsalı 4,4%, sürtkü yağlarının istehsalı 18,5%, neft bitumunun istehsalı 30,2% artıb.

İlin 7 ayında ölkədə 159,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 280,3 min ton ağ neft, 41,8 min ton yanacaq mazutu, 126,9 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 6,6%, ağ neftin istehsalı 20,1%, yanacaq mazutunun istehsalı 34%, neft koksunun istehsalı 12,1% azalıb.

Orphus sistemi