Azərbaycanda benzin istehsalı cüzi artıb

Azərbaycanda benzin istehsalı cüzi artıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 957,8 min ton həcmində avtomobil benzini istehsal edilib
Energetika
17 Noyabr , 2020 13:30
Azərbaycanda benzin istehsalı cüzi artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,52 mlrd manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,2 % azdır.

Hesabat dövründə 957,8 min ton həcmində avtomobil benzini, 1,694 mln ton dizel yanacağı, 20,3 min ton sürtkü yağları, 299,8 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 1,1 %, sürtkü yağlarının istehsalı 9,1 %, neft bitumunun istehsalı 46 % artıb, dizel yanacağı istehsalı isə 1,2 % azalıb.

İlin 10 ayında ölkədə 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 408 min ton ağ neft, 47,8 min ton yanacaq mazutu, 164,4 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 20,4 %, ağ neftin istehsalı 16,9 %, yanacaq mazutunun istehsalı 51,7 %, neft koksunun istehsalı 17,1 % azalıb.

Son xəbərlər

Orphus sistemi