Azərbaycanda avtomobil benzininin istehsalı 19 % artıb

Energetika
  • 11 oktyabr, 2023
  • 13:28
Azərbaycanda avtomobil benzininin istehsalı 19 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 079,9 min ton avtomobil benzini istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.

Bunda başqa, 9 ay ərzində ölkədə 1 milyon 734,2 min ton dizel yanacağı istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 20 % çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 3 milyard 347,6 milyon manat təşkil edib. Bu, illik müqayisədə 11,5 % çoxdur.

Hesabat dövründə 44 min ton sürtkü yağları, 197,9 min ton neft bitumu istehsal edilib. Son 1 ildə sürtkü yağlarının istehsalı 57,7 %, artıb, neft bitumunun istehsalı isə 29,7 % azalıb.

Həmçinin, ölkədə 179 min ton maye qaz, 440,1 min ton ağ neft, 5,2 min ton mazut, 176 min ton neft koksu istehsal edilib. Ötən ilin eyni dövrünə nisbətən maye qaz istehsalı 4,6 %, ağ neft istehsalı 7,5 %, neft koksu istehsalı 27,4 % artıb, mazut istehsalı isə 92,4 % azalıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti