Azərbaycanda alternativ enerji mənbələri üzrə ikinci dövlət proqramı hazırlanır

Azərbaycanda alternativ enerji mənbələri üzrə ikinci dövlət proqramı hazırlanır Azərbaycan bu sahənin inkişafı üçün beynəlxalq təcrübədən istifadə edir
Energetika
22 Aprel , 2016 09:38
Azərbaycanda alternativ enerji mənbələri üzrə ikinci dövlət proqramı hazırlanır

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə ikinci dövlət proqramı hazırlanır. "Report" xəbər verir ki, bunu bu gün "ADA" Universitetində "Enerji, bərpa olunan mənbələr və dayanıqlıq" mövzusunda keçirilən Amerika Məzunlarının Avropa Şəbəkəsinin VII illik konfransında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

A.Bədəlov qeyd edib ki, bu sahənin inkişafı üçün vacib olan amillər Azərbaycanda mövcuddur. Qurumun sədri sahənin inkişafı üçün beynəlxalq təcrübədən istifadə olunduğunu da xatırladıb.

A.Bədəlov ABŞ-ın dəstəyindən də danışıb və qeyd edib ki, yaxın vaxtlarda ABŞ-ın İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlığa dair sənəd imzalanacaq.

Son xəbərlər

Orphus sistemi