Azərbaycanda 2019-ci ildə neft hasilatının artımı proqnozlaşdırılır

Azərbaycanda 2019-ci ildə neft hasilatının artımı proqnozlaşdırılır Gələn il isə Azərbaycanda neft hasilatının 2,2% azalaraq 37,535 mln. ton olacağı proqnozlaşdırılır
Energetika
26 Oktyabr , 2017 10:22
Azərbaycanda 2019-ci ildə neft hasilatının artımı proqnozlaşdırılır

Bakı. 26 oktyabr. REPORT.AZ/ 2019-cu ildə Azərbaycanda neft hasilatının 2017-ci ilə nisbətən 3,4% artaraq 39 660,1 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırladığı iqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.

Bu ilin sonuna Azərbaycanda neft hasilatının həcminin 38 372,7 min ton olması gözlənlir.

Gələn il isə Azərbaycanda neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 2,2% azalaraq 37 534,8 min ton olacağı proqnozlaşdırılır.

2020-ci ildə ölkədə neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 3,3% artaraq 39 649,5 min ton, 2021-ci ildə isə 1,2% artaraq 38 846,3 min ton olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda neft hasilatının həcmi 41 050,4 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi