Azərbaycanda 15 ildə magistral neft kəmərləri ilə nəqletmə 4 dəfə artıb

Azərbaycanda 15 ildə magistral neft kəmərləri ilə nəqletmə 4 dəfə artıb Bakı. 12 aprel. REPORT.AZ/ Ötən il 2003-cü illə müqayisədə Azərbaycanda magistral neft kəmərləri neft nəqli 3,8 dəfə, magistral qaz kəmərləri ilə qaz nəqli isə 2,7 dəfə artıb.
Energetika
12 Aprel , 2018 11:56
Azərbaycanda 15 ildə magistral neft kəmərləri ilə nəqletmə 4 dəfə artıb

Bakı. 12 aprel. REPORT.AZ/ Ötən il 2003-cü illə müqayisədə Azərbaycanda magistral neft kəmərləri neft nəqli 3,8 dəfə, magistral qaz kəmərləri ilə qaz nəqli isə 2,7 dəfə artıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib.

“2006-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəmərinin, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəmərinin istismara verilməsi ötən illər ərzində neft və qazın nəqlindəki artıma müsbət təsir göstərib. 2017-ci il ərzində magistral neft kəmərləri ilə 42,7 mln. ton və ya 2003-cü illə müqayisədə 3,8 dəfə çox neft, magistral qaz kəmərləri ilə 22,1 mlrd. kubmetr və ya 2,7 dəfə çox qaz nəql olunub”.

Son xəbərlər

Orphus sistemi