İqtisadiyyat naziri Mikayıl Cabbarov Yunanıstanın Ətraf Mühit və Energetika naziri Kostas Skrekasla görüşüb.
"Report" xəbər verir ki, Azərbaycan tərəfi məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb, Yunanıstanla iqtisadi əlaqələrin mövcud vəziyyəti, ticarətin və investisiyaların təşviqi, energetika sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.

