Azərbaycan Xorvatiyaya neft ixracını 62 %-ə yaxın artırıb

Energetika
  • 20 sentyabr, 2024
  • 10:54
Azərbaycan Xorvatiyaya neft ixracını 62 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Xorvatiyaya 1 milyon 005 min 081,15 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 627 milyon 001,41 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 61,6 %, dəyəri isə 76,4 % çoxdur.

Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi "qara qızıl" ixracında payı 6,1 % olub.

Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 308 milyon 018,86 min ABŞ dolları dəyərində 16 milyon 475 min 802,81 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti