Azərbaycan Xorvatiyaya neft ixracını 31 % azaldıb

Energetika
  • 21 noyabr, 2023
  • 12:51
Azərbaycan Xorvatiyaya neft ixracını 31 % azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Xorvatiyaya 802 min 21,56 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 475 milyon 452,6 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun həcmi 30,8 %, dəyəri isə 50,1 % azalıb.

Azərbaycandan Xorvatiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 3,6 % olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 268 min 798,30 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 785 milyon 636,21 min ABŞ dolları təşkil edib.

10 ay ərzində Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti