Azərbaycan Xorvatiyaya neft ixracını 2 dəfədən çox artırıb
- 21 iyun, 2024
- 08:51
Bu ilin yanvar-may aylarında Azərbaycan Xorvatiyaya 418 min 510,98 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 274 milyon 260,67 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə, dəyəri isə 2,5 dəfə çoxdur.
Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,24 % olub.
Hesabat dövründə Azərbaycan 6 milyard 258 milyon 631,31 min ABŞ dolları dəyərində 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % artıb.